Beynəlxalq yarışda qızıl medala layiq görülən məktəbli Örnək FOTO


Digərləri 06 May 2019 23:33:00 76 0

Beynəlxalq yarışda qızıl medala layiq görülən məktəbli  Örnək  FOTO

Faiq Məmmədzadə: "Robotum sınanda keçirdiyim həyəcanı heç vaxt keçirməmişdim"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Cəmi bir neçə aydır ki, robotexnikaya maraq göstərir və bu istiqamətdə yarışlara qatılır. Qatıldığı ilk yarış yerli olimpiada olur, orda istədiyi nəticəni əldə edə bilmir, amma həvəsdən düşmür, beynəlxalq yarışa hazırlaşır və burda zəhməti bəhrəsini verir. Müsahibimiz Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında 1-ci yeri tutub qızıl medala layiq görülən 18 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Faiq Məmmədzadədir.

17 yaşlı Faiq deyir ki, robotexnika ilə ilk olaraq sadəcə yarışlara qatılmaq üçün məşğul olub: "Dərslərimi yaxşı oxuyurdum, qiymətlərim yaxşı idi, ona görə məktəb məni qızıl medal almağa namizəd görmüşdü. Bunun üçün isə qiymətlər yetərli deyildi, həm də respublika, ya da beynəlxalq olimpiadalardan medal qazanmalıydım. Direktorumuz bununla bağlı valideynlərimə bildirmişdi ki, hazırlaşıb "Sabahın alimləri" Respublika Müsabiqəsinə qatıla bilərəm. Ötən ilin oktyabrında informatika-robotexnika müəllimimiz Zaur Baladadaşovun yanına getdim, mənə robotlarla bağlı məlumat verdi, ümumi prosesi izah etdi. Maraqlı gəldi və bununla məşğul olmağa başladım. Zaur müəllimin yanına həftədə iki dəfə hazırlığa getməliydik, mən üç-dörd dəfə gedirdim. Bəzən elə olurdu ki, səhər 8-də evdən çıxıb, gecə 1-də qayıdırdım. Bəzən çox gec olurdu, Zaur müəllim evə gedirdi, kursun açarını verirdi, mən tək qalıb məşğul olurdum. Həvəsim günü-gündən çoxalırdı. Həm qarşıda olimpiadalar var idi, həm də artıq buna marağım artırdı. Müəllimim həvəsimi görürdü və mənimlə daha çox məşğul olurdu".

Qalib gəlməsək də, həvəsdən düşmədik

İlk qatıldığı müsabiqə "Sabahın alimləri" olur, lakin orda qalib gələ bilmir, ancaq həvəsdən düşməyib beynəlxalq yarışa hazırlaşır: "Mən yarışlara Zaur müəllimlə birlikdə hazırlaşırdım. Həm robotexnika ilə, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma ilə məşğul olurduq. O müsabiqədə qalib gələ bilmədim. Yarışdan sonra məni Təhsil Nazirliyindən çağırdılar. Amerikanın "Intel" şirkətinin sertifikatını verdilər. Layihələrə baxmağa xarici münsiflər gəlmişdilər. Qalib gəlməsək də, həvəsdən düşmədik, əksinə, Rumıniyadakı yarışa daha böyük həvəslə hazırlaşmağa başladıq. Bəzən gecə 3-ə qədər qalıb robotexnika ilə məşğul olurdum".

Faiq deyir ki, Rumıniyadakı yarışda ümumilikdə 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb: "Biz yarışa "Mini sumo" kateqoriyası üçün döyüş robotu ilə qatılmışdıq. O robotun hazır olması təxminən 2 ay vaxt apardı. Lazım olan hissələri internet vasitəsilə sifariş verirdik, gec gəlirdi deyə, bir az uzanırdı. Və yarışa getdik. Bizim qatıldığımız "Mini sumo" kateqoriyasında 13 komanda mübarizə aparırdı, bizi A və B qruplarına bölmüşdülər. A qrupunda 7, B qrupunda 6 komanda var idi. Biz A qrupunda idik. Hər qrupda qalib gələn 4 komanda yarımfinala çıxırdı, biz də yarımfinala, sonra da finala çıxdıq".

Qalibiyyətə olan ümidim ölmüşdü

Yarış isə kifayət qədər həyəcanlı keçib: "Hələ hazırlıq ərəfəsində "udacam, yoxsa uduzacam" kimi düşüncələr olurdu. Hətta medalı belə fikirləşirdim ki, udsam, hansı medal olacaq? Bunları fikirləşdikcə daha da həyəcanlanırdım. Qrupdan çıxmaq üçün 6 oyun keçirdik. 1 və 2-cini udduq, 3-cü oyunda başqa bir robotla toqquşanda robotumun ön hissəsi sındı. O an keçirdiyim həyəcanı bəlkə də indiyə qədər heç vaxt keçirməmişdim. Robotu təmir etməyə vaxt da vermədilər. 4-cü oyuna elə getdik, 3 və 4-cü oyunu uduzduq. 2 oyun uduzanda artıq qalibiyyətə olan ümidim ölmüşdü. Sonra 5 dəqiqə vaxtımız oldu, ehtiyat hissəsini götürüb robotu təmir etdik deyə, 5-6-cı oyunları udub qrupdan çıxmağı bacardıq. Səhəri gün yarımfinallar başladı. Ötən gün qrupda uduzduğumuz robotların ikisini də udduq. Çünki robotu artıq təmir etmişdik. Yarımfinallarda qalib gələ-gələ birinciliyi qazandıq".

Robotexnika ilə məşğul olmaq Faiqə bir çox şeylər öyrədib: "Robotexnikaya ilk olaraq robot materiallarının ən sadəsi olan "Lego" ilə başladıq. Sonra yavaş-yavaş "Ardinio"ya keçdim, bu, mühəndislik kimi bir şeydir, öz bacarıqlarını ortaya qoyursan. Bunları etdikcə isə özünə güvənin, dünyagörüşün artır, yeni şeylər öyrənirsən, təcrübə qazanırsan. Bu öz həyatımda da bir çox dəyişikliklərə səbəb oldu. Robotexnika ilə məşğul olanda paralel olaraq proqramlaşdırmanı da öyrənmək lazımdır. Proqramsız robot oyuncaq kimi olur. Robot yaradanda, əsas məsələ proqramı yazmaqdır. Proqramlaşdırmanı da öyrəndikdən sonra həm də kompüteri, telefonu daha yaxşı başa düşürsən".


Xəbərə aid fotolar

Arvadı 10 milyon istəyir like
  • 06 May 23:30  
Digərləri Arvadı 10 milyon istəyir

Türkiyənin tanınmış prodüseri Erol Kösenin boşanma ərəfəsində olduğ

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 06 May 23:30  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycanda 3 yaşlı faciəvi şəkildə öldü like
  • 06 May 23:21  
Digərləri Azərbaycanda 3 yaşlı faciəvi şəkildə öldü

Samuxda 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. 

arrow Ətraflı
Bir həftəyə xərçəngə qalib gələn MÖCÜZƏVİ VASİTƏ  FOTO like
  • 06 May 23:12  
Digərləri Bir həftəyə xərçəngə qalib gələn MÖCÜZƏVİ VASİTƏ FOTO

Demək olar ki, bütün yeməklərdə və salatlarda istifadə olunan cəfərini

arrow Ətraflı
Meksikada özəl təyyarə itib like
  • 06 May 23:00  
Digərləri Meksikada özəl təyyarə itib

Частный реактивный самолет Bombardier Challenger 601 п

arrow Ətraflı