Azərbaycan nefti bahalaşıb


Digərləri 06 May 2019 23:36:00 227 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 74,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.