Azərbaycan nefti bahalaşıb


Digərləri 06 May 2019 23:30:00 210 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 74,97 dollar/barel təşkil edib.

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 74,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.