Polşa İkinci Dünya müharibəsində itirilmiş əmlaka görə kompensasiya ödəməyəcək


Dünya 06 May 2019 22:40:00 198 0

Polşa İkinci Dünya müharibəsində itirilmiş əmlaka görə kompensasiya ödəməyəcək

Polşa hökuməti İkinci Dünya müharibəsində əmlakını itirmiş şəxslərə kompensasiya ödəməyəcək. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetskiy Pultusk şəhərində iştirak etdiyi tədbirdə bildirib.

Baş nazirin sözlərinə görə, onun xalqı da müharibədən ciddi əziyyət çəkib və heç vaxt bunun əvəzini tələb etməyib. Hazırda itirdikləri əmlaka görə kompensasiya tələb edən digər xalqların da buna ixtiyarı yoxdur.

M.Moravetskiy bu barədə şəxsi "Twitter" səhifəsində də yazıb. Polşa hökuməti müharibə zamanı xəsarət almış bütün tarixi abidələri bərpa edib və etməkdədir. Lakin bu proses insanların şəxsi əmlakına şamil edilməməlidir.

İkinci Dünya müharibəsində 3 milyon Polşa yəhudisi və 1,8 milyon polyak həyatını itirib.