Ağciyər xərçəngi siqaret çəkməyənləri də cənginə alıb Alimlərdən xəbərdarlıq


Digərləri 06 May 2019 22:04:00 213 0

Ağciyər xərçəngi siqaret çəkməyənləri də cənginə alıb  Alimlərdən xəbərdarlıq

Alimlər və həkimlər bu vaxta kimi ağciyər xərçənginin profilaktikasında səhvə yol veriblər. Belə ki, bu mövzuda daha çox siqaret çəkənlərə diqqət yönəldilib. Halbuki son illər bu xərçəng növünün siqaret çəkməyənlər arasında da aşkarlandığı faktları artır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu Britaniya pulmonoloqları bildirib. Onlar dəhşətli statistikanı açıqlayıb: hər il Britaniyada ağciyər xərçəngindən ölən insanların 6000 nəfəri ömründə əlinə bir siqaret almayanlardır. 

Bu rəqəmlər limfoma, leykoz, ginekoloji şişlərin səbəb olduğu ölümdən daha çoxdur. 

Siqaret çəkməyənlərin xərçəngə tutulması reytinqdə 8-ci yeri tutub. Siqaret çəkməyən insanların xərçəngə tutulmasının səbəbi kimi passiv siqaret çəkmək - yəni siqaret tüstüsü almaq, ətraf mühit, kanserogen maddələrlə çox kontaktda olmaq göstərilir.

Xüsusilə qadınlar passiv siqaret çəkməyə cəlb olunduqlalarından onlarda 50 yaşından sonra ağciyər xərçəngi riski artır.