Yaponiyada uşaqların sayı 38 ildir azalmaqda davam edir


Dünya 06 May 2019 22:08:00 231 0

Yaponiyada uşaqların sayı 38 ildir azalmaqda davam edir

Mayın 5-də Yaponiyada uşaqlar günü qeyd edilir. Lakin bu gündoğar ölkədə uşaqların sayı 1982-ci ildən başlayaraq, 38 ildir ki, fasiləsiz olaraq azalmaqda davam edir və hazırda ən aşağı həddə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cari il aprelin 1-nə olan məlumata görə, 15 yaşadək uşaqların sayı 15 milyon 330 min təşkil edib. Onların 7 milyon 850 mini oğlan, 7 milyon 480 mini isə qızdır. Eyni zamanda, qeyd edilir ki, bu, ötən ilin müvafiq göstəricisindən 180 min nəfər azdır.

Hazırda 15 yaşınadək uşaqlar Yaponiyanın ümumi əhalisinin 12,1 faizini təşkil edir.