Poroşenko Ukrayna Prokurorluğuna çağırılır


Dünya 06 May 2019 21:54:00 168 0

Poroşenko Ukrayna Prokurorluğuna çağırılır

Ukrayna Baş Prokurorluğu prezidenti Pyotr Poroşenkonu dindirmək niyyətindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Ukrainskie Novosti" agentliyi qurumun xüsusi araşdırmalar üzrə idarənin rəisi Sergey Qorbatyuka istinadən xəbər verir.

Poroşenko "Avromaydan"da insanların ölümü ilə bağlı iş üzrə şahid kimi dindiriləcək.

Qeyd edirlər ki, müstəntiqlər Poroşenkonu sabah dindirmək istəyirlər.

Prezident, həmçinin 2016-cı ilin noyabr ayında olan sorğu protokolunu da imzalamalıdır.