Xalq artisti Nəzakət Teymurovanın solo konserti keçirilib


Digərləri 06 May 2019 21:58:02 167 0

Xalq artisti Nəzakət Teymurovanın solo konserti keçirilib

Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın solo konserti keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqdar keçirilən tədbirlər çərçivəsində Xalq artisti Nəzakət Teymurovanın “Qəlb aynası” adlı solo konserti keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, dramaturq İlqar Fəhmi Nəsimi poeziyasının dərinliyindən danışaraq, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Konsertdə Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın ifasında İmadəddin Nəsiminin "Dilbəra mən səndən ayrı", "Məndə sığar iki cahan", "Qafil oyan", "Qəlb aynası", "Yarımı buldum" və digər şerlərinə bəstələnmiş mahnılar və maraqlı musiqi nömrələri səslənib. Müşayiət edirdi Eyvaz Həşimovun (zərb alətləri) bədii rəhbərliyi altında “Hicaz” qrupu - Əməkdar artist Əliaga Sədiyev (tar), Əməkdar artist Elşən Mansurov (kamança), Elnur Hüseynov (piano), Azad Yusubov (bass, vocal), Sabir Tarverdiyev (piano).