Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alınıb


Dünya 06 May 2019 21:41:00 162 0

Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alınıb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinə ilk namizəd kimi qeydə alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, MSK bu günə artıq dörd namizədin - Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel və ilk qadın namizəd Daniya Yespayevanı növbədənkənar prezident seçkilərində iştirakını qeydə alıb.

Namizədlərdən Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim etsə də, ana dili imtahanından keçə bilməyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu ilin iyunun 9-da keçiriləcək.