Daha bir təyyarə qəzaya düşdü


Dünya 06 May 2019 21:32:00 197 0

Daha bir təyyarə qəzaya düşdü

Meksikanın Koauila ştatında şəxsi "Bombardier Challenger 601" təyyarəsi qəzaya uğrayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə dağlıq ərazidə qəzaya düşüb. İlkin məlumata görə, göyərtəsində iki ekipaj üzvü və 11 sərnişin olub. Onların taleyindən xəbər yoxdur. 

Təyyarə Las-Veqasdan Meksikanın Monterrey şəhərinə uçurdu.