ABŞ yəhudilərinin lideri Bakıdan bəyan etdi:


Dünya 06 May 2019 20:49:00 223 0

ABŞ yəhudilərinin lideri Bakıdan bəyan etdi:

İsrailin İranla məsələni bir neçə günə həll etməsində heç bir problem yoxdur.

Son.az bildirir ki, bunu virtualaz.org-a açıqlamasında ABŞ-ın "Etnik Anlaşma Fondu"nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer deyib.

"İsrail bölgənin ən qüdrətli ölkəsidir və İran onu qəzəbləndirməyə davam etməməlidir. Tehran terror təşkilatlarını-Həmas-ı, Hizbullah-ı, Yəməndən olan husiləri dəstəkləməklə yalnız özünə pis edir", - deyə M.Şnayer bildirib.

O həmçinin vurğulayıb ki, İsrail İranla mübarizədə tək deyil, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri kimi müttəfiqləri var, "hansılar ki, Tehran onlara da çoxlu problem yaradır".

Bununla belə, M.Şnayer ABŞ və İran arasında müharibə ehtimalını inkar edir, ancaq İranla İsrail və Səudiyyə Ərəbistanı arasında qarşıdurmanı istisna etmir. Onun fikrincə, bu tam ehtimal olunandır.

"Prezident Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar çox ağrılıdır. Vəziyyət elədir ki, mən İranda inqilabı istisna etmirəm. Ümid edirəm ki, çox hörmətli İran xalqı özü bu rejimi devirəcək. Mən isə öz tərəfimdən İran xalqının inqilabi istəklərini dəstəkləyəcəyəm", - deyə M.Şnayer söz verib.