Daha rahat oruc tutmaq üçün


Digərləri 06 May 2019 20:29:00 249 0

Daha rahat oruc tutmaq üçün

Artıq Müqəddəs Ramazan ayı başlayıb. İnanclı insanlar oruc tutur.

Son.az Ölkə.az-a istinadən sahurda qəbul edilən zaman gün boyu insanı tox saxlayan qidaların siyahısını oxucuları ilə bölüşür.

Kefir

Kefir yüz illərdir susuzluğun qarşısını aldığı üçün Ramazan süfrələrinin vazkeçilməzidir. Tərkibində olan faydalı bakteriyalar mədə üçün faydalıdır. Sahurda iki stəkan kefir gün boyu susuz qalmağa kömək edir.

Alma

Sahurda 1 ədəd alma qəbul etmək gün boyu toxluq hissini aşılayır.

Yulaf əzməsi

Yulaf əzməsinin tərkibindəki bol miqdarda liv və az miqdarda şəkər saatlar boyu tox qalmağa kömək edir.

Çörəkotu

Çörəkotu toxluq hissini aşıladığı üçün Ramazanda qəbul edilən ədəvalar arasında yer alır.

Qoz

Qoz və fındıq yağlı olduğu üçün qidalardan mədədə həzmini yavaşladır və uzun müddət tox qalmağa kömək edir.

Yumurta

Yumurta protein mənbəyidir və tox qalmağa kömək edir.

Yaşıl çay

Yaşıl çay yorğunluğu aradan qaldırır.

Paxlalı bitkilər

Bu bitkilər sayəsində qanda şəkərin miqdarına nəzarəti təmin etmək olar.

Süd

Südün tərkibi kalsium və D vitamini ilə zəngindir və uzun müddət tox saxlayır.