Türkiyədə dollar oktyabr “rekordunu” yenilədi


Dünya 06 May 2019 20:19:00 178 0

Türkiyədə dollar oktyabr “rekordunu” yenilədi

Türkiyədə dollar türk lirəsi qarşısında daha da möhkəmlənib. 

Son.az Oxu.az-a istinadən bildirir ki, hazırda 1 dollar 6,0227 türk lirəsi səviyyəsindədir. 

Ötən həftə sonuna nisbətən dollar 0,0696 lirə bahalaşıb. 

Qeyd edək ki, sonuncu dəfə dollar ötən ilin oktyabrında 6 lirə həddini keçmişdi.