Əsgər “Qisasçılar" filminə görə fərari oldu


Digərləri 06 May 2019 20:09:00 202 0

Əsgər “Qisasçılar" filminə görə fərari oldu

Cənubi Koreya Hava Qüvvələrinin əsgərlərindən biri fərarilik cinayətinə imza atıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, əsgərlikdən qaçıb.

Buna isə onun yeni çıxan "Qisasçılar: Sonuncu oyun" filmi səbəb olub.

Belə ki, əsgərin ekran işinə olan marağı onu qaçıb kinoteatrda filmə baxmağa vadar edib.

Bu isə ona baha başa gəlib. Polislər elə kinoteatrda əsgəri həbs ediblər.