At arabasını vurub qaçan sürücü tapıldı


Digərləri 06 May 2019 19:14:00 219 0

At arabasını vurub qaçan sürücü tapıldı

Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.

V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.