Pop ulduz Türkiyənin “Eurovision”a qayıtmağını istəyir


Digərləri 06 May 2019 19:19:00 207 0

Pop ulduz Türkiyənin “Eurovision”a qayıtmağını istəyir

Pop ulduz Hadisə Türkiyənin "Eurovision" mahnı müsabiqəsinə qayıtmağını istəyir. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə Kiprdəki konsertindən sonra KİV-lərə açıqlamasında bildirib. 

Sənətçi 10 il əvvəl ölkəsini təmsil etdiyini, yarışma həyəcanını yenidən yaşamaq istədiyini qeyd edib: "Gözəl və saf vaxtlarım idi. Ya da mən çox kiçik idim, o vaxtlar özümü belə hiss edirdim. Kaş ki, "Eurovision"a yenidən qayıdardıq. Məni izləyən gənclərimizə örnək olmaq istəyirəm. Ölkəmizin gələcəyi üçün önəmli mövzuları qorxmadan dilə gətirirəm. Sənətçinin tək vəzifəsi mahnı oxuyub klip çəkdirmək deyil". 

Qeyd edək ki, Türkiyə sonuncu dəfə "Eurovision - 2012" mahnı müsabiqəsində iştirak edib. Daha sonra TRT ölkənin layihədən uzaqlaşdığını bildirib.