Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib (FOTO)


Digərləri 06 May 2019 19:16:00 237 0

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib (FOTO)

Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Bakı. Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Azərbaycan Rus icmasının sədri Mixail Zabelin və YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Şura üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə iştirakçılar ulu öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. RİH başçısı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirib. Siyasi varisliyin təməlini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli liderimizin inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olub. Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub. Eyni zamanda bu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmasının 50 illiyi qeyd olunacağı barədə məlumat verib. Deputat bilavasitə ümummilli liderin rəhbərliyi altında işlədiyini, hakimiyyətinin ilk dövrlərində belə ümumittifaq dövlətlərində böyük nüfuza sahib olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan daha da qüdrətlənib. Bu gün Azərbaycan daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən azsaylı ölkələrdən biridir.