Mayda Bakıda avtomobil QİYMƏTLƏRİ necə olacaq?


Digərləri 06 May 2019 19:04:00 190 0

Mayda Bakıda avtomobil QİYMƏTLƏRİ necə olacaq?

"Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir".

Son.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib

Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək:

"Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub".

Ekspert bildirib ki, bu tendensiya azı iki ay davam edəcək.