Britaniya şahzadəsi Harri və Meqan Marklın oğlu dünyaya gəldi


Dünya 06 May 2019 18:21:00 210 0

Britaniya şahzadəsi Harri və Meqan Marklın oğlu dünyaya gəldi

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Marklın oğlu dünyaya gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə cütlük "Instagram" səhifəsində bildirib.

Uşağın adı yaxın günlərdə açıqlanacaq. Bununla da, Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.