Dünyanın gözü Ankarada!


Dünya 06 May 2019 18:11:00 217 0

Dünyanın gözü Ankarada!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında Ankarada ikitərəfli görüş başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusunun Rusiyadan S-400 zenit raket komplekslərinin alınması olduğu bildirilib.

Görüşdə eləcə də regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunur.

Qeyd edək ki, daha öncə Rusiyanın S-400 zenit raket komplekslərini Türkiyəyə iki partiyada çatdıracağı bildirilmişdi. İlk partiyanın iyun, növbəti partiyanın isə iyulda baş tutacağı qeyd edilir.