Cəlilabadda avtomobil aşdı:


Digərləri 06 May 2019 18:07:00 173 0

Cəlilabadda avtomobil aşdı:

Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi "Hyundai Tucson" markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Son.az