Prezident İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi


Siyasət 06 May 2019 17:50:00 175 0

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Ələkbərov Anar Sahib oğlu

"Tərəqqi" medalı ilə

Ağayeva Şəmirə Vahid qızı

Bayramov Azər Novruz oğlu

Əliyeva Gülşən Şəfa qızı

Məmmədov Emin Səlhab oğlu

Məmmədov Soltan Teymur oğlu.