Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıb


Siyasət 06 May 2019 17:07:00 310 0

Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıb

Prezident İlham Əliyev mayın 6-da "Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.