DİQQƏT! Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edilib (FOTO)


Digərləri 06 May 2019 16:57:00 160 0

DİQQƏT! Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edilib (FOTO)

Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

Bakı. Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib. Həmçinin 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.