Mayda Bakıda avtomobil QİYMƏTLƏRİ necə olacaq?


Digərləri 06 May 2019 16:22:00 222 0

Mayda Bakıda avtomobil QİYMƏTLƏRİ necə olacaq?

May ayında Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir.

Bakı. Mətanət Nəsibova - Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək: “Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub”.