Təhsil Nazirliyi Salyandakı yol qəzası ilə bağlı açıqlama yayıb


Digərləri 06 May 2019 15:26:00 217 0

Təhsil Nazirliyi Salyandakı yol qəzası ilə bağlı açıqlama yayıb

Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb.

Bakı. Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.