“Harada görsəm biabır edəcəyəm”


Şou-biznes 06 May 2019 15:12:00 247 0

“Harada görsəm biabır edəcəyəm”

ARB TV-nin "Show news" verilişi bu dəfə may ayının 31-də baş tutacaq ARB TV-nin möhtəşəm konsertə hazırlıq prosesini lentə alıb.

Verilişin aparıcı Dilarə Əliyeva, Nikalayın evini yıxan söz-söhbət daşıyıcları Əhval və Ruhiyyə sevənlərini 31 mayda görüşə səsləyib:

Həsrət Həsrətov (Əhval): "Xəbərləri kimdən neçiyə almışıq, ucuz-baha xəbərlər, şayələr hamısını bizdən eşidəcəksiniz. Gəlin xəbər-alış verişində siz də iştirak edin. Bələ sizdə məndən yaxşı xəbərlər var. Dilarə xanım xəbərlərə yaxşı pul verir, gəlin".

Gülzar Əşrəfova - (Ruhiyyə): "Gəlin ha, sonra məni ruhiyyənin ağzından qurtara bilərsiz. Hansı müğənnini harda görsəm? biabır edəcəm konsertə gəlməsə. Möhtəşəm olacaq".

Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir.


Xəbərə aid fotolar