Saxta 100 avro ilə jurnalistləri susdurmaq istədi


Digərləri 06 May 2019 15:16:00 252 0

Saxta 100 avro ilə jurnalistləri susdurmaq istədi

"Söz" serialının baş qəhrəmanı, aktyor Tolga Sarıtaş müzakirələrə səbəb olacaq addım atıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, serial ulduzu ötən gecə sevgilisi ilə gecə klubundan çıxarkən KİV nümayəndələrini məkanın qarşısında görüb və klubu arxa qapıdan tərk etmək istəyib. Tez avtomobilə minən cütlük ərazidən uzaqlaşmaq istəyib. Hətta o, yol-hərəkət qaydalarını pozub, qırmızı işıqda keçib. Maşının pəncərəsini endirən Sarıtaş saxta 100 avronu müxbirlərin üstünə atıb və "Bunları alın, bizi çəkməyin" deyə qışqırıb.