Ukraynada turistləri aparan avtomobil çaya düşüb


Dünya 06 May 2019 15:07:00 225 0

Ukraynada turistləri aparan avtomobil çaya düşüb

Ukraynanın qərbindəki İvano-Frankovsk vilayətində turistləri aparan yük maşını çaya düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzaya uğrayan avtomobildə 23 nəfər olub. Onlardan 17 nəfəri xilas edilib.

Altı nəfərin taleyi məlum deyil. İtkinlərin axtarışları davam edir.

Turistlərin hansı ölkədən olduqları barədə məlumat verilməyib.