Fərmana əsasən "Rabitəbank" ilk restrukturizasiya müqaviləsini bağladı! (FOTO)


Digərləri 06 May 2019 15:00:00 269 0

Fərmana əsasən "Rabitəbank" ilk restrukturizasiya müqaviləsini bağladı! (FOTO)

Bu gündən etibarən "Rabitəbank" fərmanının ikinci hissəsinə əsasən ilk problemli kreditini restrukturizasiya edib.

Bakı. Bu gündən etibarən "Rabitəbank" fərmanının ikinci hissəsinə əsasən ilk problemli kreditini restrukturizasiya edib. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinir və məhkəmədə olan işləri geri çağrılır. "Rabitəbank"da problemli krediti olan hər kəs kompensasiyalarını əldə etmələrinə görə bank tərəfindən göndərilən smslərdə yaxınlaşacağı filial və tarix qeyd olunub.