Valdes Kasilyasa səsləndi


İdman 06 May 2019 14:45:00 243 0

Valdes Kasilyasa səsləndi

Barcelona-nın sabiq futbolçusu Viktor Valdes Porto-nun qapıçısı İker Kasilyasa məsləhət verib.

Goal.az xəbər verir ki, Valdes, infarkt keçirən Kasilyasa risk etməməyi tövsiyə edib. O, həmkarına məsləhət görüb ki, karyerasını bitirsin:

"Əzizim İker, əziz dost, sənin ürəyin sənin əldə etdiklərinə nail olmaq istəyənlər üçün döyünür. Sənin dostun və keçmiş rəqibin kimi sənə çağırış edirəm: yenə də ağ şir ol, amma bu dəfə yan xətdə. Sənin irsin artıq tarixə həkk olub”.

Kasilyas mayın 1-də infarkt keçirib. Futbolçu artıq özünün yaxşı hiss edir. Hakimlər də ona, karyerasını bitirməyi məsləhət görürlər.