Nazir müavini: "Azərbaycanda qadın sahibkarlığı dövlət tərəfindən dəstəklənir"


Digərləri 06 May 2019 14:31:00 223 0

Nazir müavini: "Azərbaycanda qadın sahibkarlığı dövlət tərəfindən dəstəklənir"

Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və qadın sahibkarlığı bu gün ölkədə böyük dəstək alır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

O bildirib ki, ölkə iqtisadi cəhətdən inkişaf etdikcə qadın sosial sahibkarlığı sahəsində yeni istiqamətlərin inkişafı üçün imkanlar yaranır:

"İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması dövlətin sosial-iqtisadi strategiyasının əsas istiqamətlərindəndir".