Liviyanın hökumət qərargahı məhv edildi


Dünya 06 May 2019 14:22:00 247 0

Liviyanın hökumət qərargahı məhv edildi

Feldmarşal Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusuna aid silahlı birləşmələr Milli Razılaşma Hökumətinin əməliyyat qərargahını məhv edib.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

"Liviya hərbi hava qüvvələrinin zərbələri bir sıra mövqelərə, o cümlədən, diplomatik kluba, məscidə aparan yola tuş gəlib", - məlumatda qeyd edilir.

Məlumatda qeyd olunur ki, yüksək dəqiqlikli zərbələr nəticəsində Usama əl-Cüvalinin komandanlıq etdiyi əməliyyat qərargahı tamamilə məhv edilib.

Bundan əvvəl Liviya Milli Ordusunun baş komandanlığına aid hərbi düşərgənin silahlı hücuma məruz qaldığı, nəticədə, doqquz əsgərin öldüyü bildirilirdi.