Bakıda əcnəbinin pulqabısını oğurlayan Astara sakini saxlanılıb


Digərləri 06 May 2019 13:44:00 203 0

Bakıda əcnəbinin pulqabısını oğurlayan Astara sakini saxlanılıb

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

Bakı. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.