Qəzaya uğrayan təyyarənin "qara qutuları" tapıldı


Dünya 06 May 2019 13:11:43 275 0

Qəzaya uğrayan təyyarənin "qara qutuları" tapıldı

"Şeremetyevo" aeroportuna qəza enişi zamanı yanmış SSJ-100 təyyarəsinin "qara qutuları" aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda "qara qutuları"n hər ikisinin vəziyyəti yoxlanılır. Onların oxunmasının mümkünlüyü qutular açıldıqdan sonra məlum olacaq. 

İlkin versiyaya görə, ildırım vurması nəticəsində təyyarənin avtomatikası sıradan çıxıb və ekipaj texniki problemlər səbəbindən "Şeremetyevo" aeroportuna qəza enişi etmək qərarına gəlib. Pilotlardan biri bu versiyanı təsdiqləyib.

Xatırladaq ki, Moskvadan Murmanska uçan "Aeroflot" aviakompaniyasına məxsus SSJ-100 layneri "Şeremetyevo" aeroportuna təcili eniş edərkən yanıb. İnsident nəticəsində təyyarənin göyərtəsindəki 78 nəfərdən 41-i həlak olub. Xəsarət alanlardan doqquz nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Daha 14 sərnişinə ambulator tibbi yardım göstərilib.