Təyyarə qəzası ilə bağlı matəm elan edildi


Dünya 06 May 2019 13:15:24 299 0

Təyyarə qəzası ilə bağlı matəm elan edildi

Moskvadan Murmanska uçan "Aeroflot" şirkətinə məxsus "SSJ-199" sərnişin təyyarəsində baş verən qəza nəticəsində 41 nəfər həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, faciə ilə əlaqədar Murmansk vilayətində üç günlük matəm elan edilib. Bu gün səhər saatlarında "Şeremetyevo" aeroportundan Moskva-Murmansk marşrutu ilə uçuşlar bərpa olunub.

Qəzada yaralanan 6 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir. Rusiya səhiyyə naziri V.Skvortsovanın sözlərinə görə, onların əksəriyyətinə nəfəs yollarının yanığı diaqnozu qoyulub.

Hadisə zamanı həlak olanların arasında Los-Ancelesdən tranzitlə uçan Amerika vətəndaşı Ceremi Bruks adlı şəxsin olduğu bildirilir. ABŞ Dövlət departamenti hələlik xəbəri təsdiqləməyib.