“Bakı Metropoliteni” QSC daha bir sərgi reallaşdırır


Digərləri 06 May 2019 13:10:00 210 0

“Bakı Metropoliteni” QSC  daha bir sərgi reallaşdırır

“Bakı Metropoliteni” QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək.

Bakı. Samir Əli - “Bakı Metropoliteni” QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq. Tədbirdə “Bakı Metropoliteni” QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranlarımız da iştirak edəcək. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.