Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb


Digərləri 06 May 2019 13:15:00 219 0

Azərbaycanda qadın sahibkarlara verilmiş güzəştli kreditlərin həcmi açıqlanıb

Azərbaycanda qadın sahibkarlığının payı ümumi sahibkarlığın 20 faizini təşkil edir.

Bakı. Mətanət Nəsibova - Azərbaycanda qadın sahibkarlığının payı ümumi sahibkarlığın 20 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib. Nazir müavini bildirib ki, hazırda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 4200-dən çox qadın sahibkara 109,1 milyon manatdan çox güzəştli kredit verilib.