“Adımın qarşısına məhkum yazılanda mənə pis təsir edir”


Kriminal 06 May 2019 12:55:00 280 0

“Adımın qarşısına məhkum yazılanda mənə pis təsir edir”

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında keçmiş məhkum, artıq azadlıqda olan Bəhram Məmmədovun həyat hekayəsi və gələcək planlarından danışılıb: Bəhram Məmmədov - Keçmiş məhkum: "Yavaş-yavaş hiss edirəm ki, artıq azadlıqdayam, həbsxanada yox. İstəməzdim ki, həbsxanadan nəsə yadigar qalsın. Elə zaman olurdu ki, adımın qarşısına məhkum yazılanda mənə pis təsir edirdi. Hətta mənə islah olunmuş insan deyəndə məni lap qəzəb götürürdü.

Siz mənim əvvəlki şəkillərimə baxsaz, başa düşərsiz ki, tamam dəyişmişəm. Mən istəyirəm ki, soyadımı da dəyişəm atamın adını götürəm. O vaxtdan heç nə qalmasın. İstərdim ki, birinci növbədə Rəssamlar İttifaqı ilə əlaqə saxlayım və üzv olum. Sonra isə imkan yaransa, kömək etsələr, emalatxanamı da düzələtdirəm. Fəaliyyət göstərmək, hərəkət etmək lazımdır. Yaz fəsli sənin üçün o qapıdan çıxmaq deməkdir. İstəyir çöldə boran, qar olsun sənin yazın o qapıdan çıxanda başlayır".


Xəbərə aid foto