Sahil Babayev: Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir


Digərləri 06 May 2019 12:45:01 185 0

Sahil Babayev: Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir

Biz xaricdən alınan kreditlərin hesabına ölkə əhalisinə dəstək olmuruq.

Bakı. İlhamə İsabalayeva - Biz xaricdən alınan kreditlərin hesabına ölkə əhalisinə dəstək olmuruq. Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət - əhalinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi: "1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir". Nazir bununla yanaşı, Azərbaycanda müsbət demoqrafik artımın baş verdiyini də vurğulayıb: "Ölkədə əhalinin illik artımı belədir: doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir". S.Babayev əlavə edib ki, ölkədə minumum pensiyanın məbləği də yaşayış minumumunu üstələyir: "Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir.