Zamiqlə Tolik barışdı FOTO


Şou-biznes 06 May 2019 12:15:00 241 0

Zamiqlə Tolik barışdı  FOTO

Müğənni Zamiq Hüseynovla prodüser Tarix Əliyev (Tolik) barışıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, onlar ötən gün keçirilən "Bakı Marafonu 2019"da üz-üzə gəliblər.

Barışıq addımı Tolikdən gəlib. O, Zamiqin gözlərini tutaraq, onunla zarafatlaşıb. Prodüser və ifaçı daha sonra birlikdə fotolar çəkdiriblər.

Qeyd edək ki, Tolik Zamiqin ünvanına "Zamiqin 1 ay içində "Özü bilər" mahnısının 1 milyon baxış yığmağını şişirtdilər. 30 gün içində 1 milyon baxış göstərici deyil. Mənim üçün Zamiqin sonuncu sevilən mahnısı "Kaman" olmuşdu. Ondan başqa mahnısı tutmadı. Zamiqi efirə dəvət etmirəm. Çünki efirə tək gəlmək istəyir. Heç xalq artistləri var ki, efirə tək çağırmıram. 2 saatımı Zamiqə həsr edə bilmərəm. Kiminsə sifarişi ilə veriliş hazırlaya bilmərəm" sözlərini demişdi.


Xəbərə aid fotolar