Aparıcı Sonanın başına iş gəldi "Şumlayaşumlaya gəliblər" FOTO


Digərləri 06 May 2019 12:10:00 235 0

Aparıcı Sonanın başına iş gəldi  "Şumlayaşumlaya gəliblər"  FOTO

“Media FM”in aparıcısı Sona Rəsulovanın başına iş gəlib

"Media FM"in aparıcısı Sona Rəsulovanın başına iş gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün aparıcının Yasamal rayonunun Mətbuat prospekti ərazisində park etdiyi avtomobilinin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Aparıcı "bardaçok"dakı siqaretinin oğurlandığını qeyd edib. S.Rəsulovanın sözlərinə görə, oğrular digər avtomobil sahiblərinə də zərər vurublar.

"Gecə əməlli-başlı avtomobillərin soyqırımı olub. Şumlaya-şumlaya gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də qırıblar. Telefonu, saatları, pul qabları oğurlanıb - deyə, aparıcı əlavə edib.

Zərərçəkənlər polis bölməsinə müraciət ediblər.


Xəbərə aid fotolar