Bakıda 4 yaşlı qız uşağı itib


Digərləri 06 May 2019 11:53:00 216 0

Bakıda 4 yaşlı qız uşağı itib

Bakıda azyaşlı qız uşağı itib.

Bakı. Samir Əli - Bakıda azyaşlı qız uşağı itib. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan 2015-ci il təvəllüdlü qızı Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.