ABŞ İran sahillərinə dəniz qüvvələri göndərir


Dünya 06 May 2019 11:46:00 196 0

ABŞ İran sahillərinə dəniz qüvvələri göndərir

ABŞ İran sahillərinə “Abraham Linkoln” aviadaşıyıcısı və bir qrup bombardmançı göndərəcək

ABŞ İran sahillərinə "Abraham Linkoln" aviadaşıyıcısı və bir qrup bombardmançı göndərəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun yazılı bəyanatında deyilir.

Sənədə görə, ABŞ tərəfi İranın vəziyyətin gərginləşdirilməsinə yönəlmiş hərəkətlərinə cavab olaraq bu addımı atmağa qərar verib.

"Bu, İran rejiminə açıq-aydın və xətasız bir siqnaldır. Amerika Birləşmiş Ştatlarına və ya bizim müttəfiqlərə qarşı yönəlmiş istənilən hücum amansız güclə qarşılanacaq", - C.Bolton bildirib.

Prezidentin müşaviri ABŞ-ın İranla müharibə etmək niyyətində olmadığını, habelə Tehranın istənilən hücumlarına cavab verməyə hazır olduqlarını bildirib.