Bakı ilə Moskva arasında reyslər təxirə salınıb


Digərləri 06 May 2019 11:35:00 201 0

Bakı ilə Moskva arasında reyslər təxirə salınıb

Mayın 6-da Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur

Mayın 6-da Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur.

Son.az bildirir ki, bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, Moskanın "Şeremetyevo" hava limanında Bakıya gələn təyyarənin eniş vaxtı 14:05-dən 13:05-ə keçirilib.

Bundan başqa, Bakıdan Moskvaya olan reys saat 15:10-dan 17:00-a təxirə salınıb.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub.