Messi 3 futbolçunun Barcelona-da oynamasını istəyir - adlar


İdman 06 May 2019 11:02:00 274 0

Messi 3 futbolçunun Barcelona-da oynamasını istəyir - adlar

Barcelona-nın kapitanı Lionel Messi yay transfer dövründə komandaya qoşulmasını istədiyi 3 futbolçunun adını açıqlayıb.

Goal.az "Don Balon" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu 3 mövqeyin - qapıçı, mərkəz müdafiəçisi və hücumçu - güclənməsini istəyib.

 Yasper Sillessenin mövsümün sonunda böyük ehtimalla komandanı tərk etməsindən sonra ən uyğun seçim Hollandiya Ajax-ının kamerunlu qolkiperi Andre Onanadır. 23 yaşlı qapıçı 2010 - 2015-ci illər ərzində Barcelona-nın aşağı yaşlılardan ibarət komandalarında çıxış edib və klubun sisteminə uyğundur.

Mərkəz müdafiəsi üçün aparıcı oyunçunun uyğun gördüyü futbolçu isə Ajax-ın digər üzvü Mattias de Liqtdir. 

Hücumçu mövqeyinə namizədlər isə Almaniya Eintracht-ından Luka Yoviç, Hollandiya PSV-sindən isə İrvinq Losanodur.