Şimali Makedoniyanın yeni prezidenti bəlli oldu
Dünya 06 May 2019 10:57:00 199 0
Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,5 faizi hesablanıb
.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Sosial-demokratlar partiyasının nümayəndəsi, 56 yaşlı Stevo Pendarovski 51,7 faiz səslə qələbə qazanıb.
Onun rəqibi, "BMPO-DPMNE" partiyasının üzvü Qordana Silyanovski-Davkova isə 44,7 faiz səslə məğlub olub.
Qeyd edək ki, ölkənin hazırkı prezidenti George İvanovdur. O, iki dəfə prezident seçilib.
Mənbə: milli.az