Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən XƏBƏRDARLIQ


Digərləri 06 May 2019 10:24:00 176 0

Tehranda oruc tutmadığını deyənlər cəzalandırılacaq - Polisdən XƏBƏRDARLIQ

Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Bakı. Elnur Bağışov - Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq. Trend-in məlumatına görə, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib. H.Rəhimi bildirib: “Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”. Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.