Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb


Digərləri 06 May 2019 10:05:00 255 0

Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.