UEFA Avropa Liqasının final oyunu üçün Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı nazirdən AÇIQLAMA


Digərləri 06 May 2019 09:58:16 164 0

UEFA Avropa Liqasının final oyunu üçün Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı nazirdən AÇIQLAMA

UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.

Bakı. Elçin Mehdiyev - UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər". Gənclər və idman naziri daha sonra əlavə edib: “Təcrübə göstərir ki, Bakıda son illər çox sayda mənzillər də qonaqlara kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər”.